"Əlbəttə, problemlər var və bunları heç kim inkar etmir. Amma insan hüquqları ilə bağlı Azərbaycana qarşı ikili standartlar həmişə tətbiq edilib". Bunu millət vəkili Vahid Əhmədov SİA-ya açıqlamasında bildirib.
"Freedom House" təşkilatının hesabatında Azərbaycanın insan hüquqları baxımından "azad olmayan" ölkələr siyahısına daxil edilməsinə münasibət bildirən millət vəkili bildirib ki, Azərbaycanda olan problemlər mütamadi olaraq Milli Məclisdə qaldırılır: "Dövlət başçısı da bununla bağlı tapşırıqlarını verir. İnsan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanda kifayət qədər işlər görülür, müəyyən tədbirlər həyata keçirilir. Amma marağı olan dövlətlər var ki, Azərbaycana həmişə qeyri-obyektiv mövqedə dururlar. Guya Gürcüstanda, Ermənistanda insan hüquqları Azərbaycandan az pozulur. Bu inanılası deyil. Bizim hər iki qonşu dövlətdə baş verənlərdən xəbərimiz var. Konkret olaraq bu, ikili standartlardır ki, Azərbaycana qarşı qərəzli mövqe tuturlar".
Samir Feyruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB