Səməd Seyidov: "“Freedom House”un hesabatı qərəzlidir"

“Bu kimi hesabatlara fikir vermək lazım deyil”
Səməd Seyidov: "“Freedom House”un hesabatı qərəzlidir"

Bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı müansibəti qeyri-obyektivdir. Bunu SİA-nın müxbirinə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov son vaxtlar bəzi beynəlxalq təşkilatların hesabatında Azərbaycanın insan hüquqlarının ən çox pozulduğu ölkələr siyahısına daxil edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan nə qədər çox inkişaf edəcəkəsə müxtəlif qüvvələr müxtəlif alətlərdən istifadə edərək Azərbaycana qarşı təzyiq göstərmək istəyəcəklər. Məgər biz Avropa Şurasında, Avropa Birliyində Azərbaycana qarşı azmı qeyri-obyektivlik görmüşük?

S.Seyidov "Freedom House" beynəlxalq insan hüquqları təşkilatının hesabatında Azərbaycanın "azad olmayan" ölkələr siyahısına, Gürcüstan və Ermənistanın isə "qismən azad" olan ölkələr siyahısına daxil edilməsinə də münasibət bildirib: "Mən Avropa Şurasının iclasında idim, hazırda Bakıya qayıdıram. Cəmi bir ay bundan əvvəl Gürcüstan ən yüksək səviyyədə domokratiyanın nümunəsi kimi başqa sovet ölkələrinə təqdim edilirdi. İndi isə müzakirələr zamanı müəyyən olundu ki, Gürcüstanda 200-ə yaxın siaysi məhbus var. Adambaşına düşən məhbusların sayı dünayada birinci yerdədir. Yaxud Ermənistanı götürək. Helsinki Association Təşkilatı Ermənistanda 100-ə yaxın siyasi məhbusun olması ilə bağlı bəyanat yaydı. İndi necə ola bilər ki, Gürcüstanla Ermənistan insan hüquqlarının qorunması reytinqində Azərbaycandan yaxşı olsunlar!? Ona görə də bu faktları görmək istəməyənlər təbii ki, Gürcüstanı, Ermənistanı Azərbaycandan yuxarı pillədə göstərəcəklər. Həqiqət ondan ibarətdir ki, Azərbaycanda gedən proseslər və ölkəmizin inkişafı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı həmin beynəlxalq təşkilatların əlində olan faktlardan istifadə edərək təzyiq kimi yönəldilib. Belə hesabatlara təəccüblənmək lazım deyil. Avropa Şurasının dünən və srağagünkü iclasında Avropa Parlamentinin deputatlarının böyük əksəriyyəti Transparency İnternational Təşkilatının fəaliyyəti ilə bağlı xeyli faktlar ortaya qoydular ki, onlar bəzi məsələlərə qeyri-obyektiv yanaşırlar. Hesabata yox, real vəziyyətə fikir vermək lazımdır. Real vəziyyət də ondan ibarətdir ki, bütün Qafqazın istehsalının 80 faizi Azərbaycandadır. Azərbaycanda gedən proseslər başqa ölkələr üçün nümunə olmalıdır. Bu kimi hesabatlara isə fikir vermək lazım deyil".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə