Amerika Birləşmiş Ştatları hazırda Azərbaycan tərəfi ilə Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istifadəsi ilə bağlı heç bir danışıqlar aparmır. Bunu bbcazeri.com saytına ABŞ Müdafiə Nazirliyindən bildiriblər.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyinin rəsmiləri bildiriblər ki, Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək: "Qəbələ RLS-in inventarları Rusiyaya məxsusdur. Rusiya tərəfi bütün inventarını çıxardıqdan sonra biz təhvil-təslim işlərinə başlayacağıq", - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
O qeyd edib ki, Qəbələ RLS-nin gələcəyi ilə qərarı Azərbaycan özü verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB