Heydər Əliyevin uğuru nədə idi?

Heydər Əliyevin uğuru nədə idi?

"Heydər Əliyev bütün sahələrdə yalnız öz xalqının rifahını düşünən dahi şəxsiyyətdir. Bununla yanaşı o dininə və dini dəyərlərə xüsusi önəm verən böyük mənəviyyata malik bir dahidir". SİA-nın verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə çıxışı zamanı millət vəkili Rəbiyyət Aslanova deyib.

O bildirib ki, Heydər Əliyev heç bir zaman öz dinindən uzaqlaşmadı, hətta o, sovet dövründə də Azərbaycanda milli və dini dəyərlərin qorunub saxlanılması üçün çalışıb: "O hakimiyyətə gələndən sonra dəyərli mənəviyyatı sayəsində dini etiqadlara önəm verilib. Azərbaycan dünyəvi dövlətdir, lakin ölkəmizdə din dövlətdən ayrıdır. Bu da xalqın və hakimiyyətin islami dəyərləri yüksək səviyyədə qiymətləndirilməsindən irəli gəlir. Heydər Əliyevin ən böyük uğurlarından biri də Azərbaycan vətəndaşına xas mənəviyyatlı insanların hazırlanması idi. Bu gün dini etiqadından, irqindən asılı olmayaraq Azərbaycançılıq istəyini ortaya qoyan və Azərbaycanın inkişafi üçün çalışan vətəndaşlarımız var. Bu Heydər Əliyevin uğurudur"

Nərmin Nəsirili

Bütün xəbərlər Facebook səhifəmizdə