"Dahi şəxsiyyət Heydər Əliyevin islami dəyərlərə önəm verməsi, hörmət və ehtiramla yanaşması təsadüfi deyil. O Azərbaycanın ilk prezidentidir ki, islamın müqəddəs yerlərini ziyarət edib". SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən Ulu öndər Heydər Əliyevin anım mərasimində deyib.
İcra katibi qeyd edib ki, hər il Azərbaycan xalqı Ulu öndərimizin anım gününü qeyd etməklə onun şəxsiyyətinə hörmət və ehtiramını bildirir: "Heydər Əliyev böyük miqyaslı şəxsiyyət idi. Onun şəxsiyyəti Azərbaycanı qurub-yaratmaqda yetərli olmayıb, o həm də Azərbaycanı dünyaya tanıdıb, dünya arenasına çıxarıb. Onun gücü və uğurları şəxsiyyətinin bəhrəsi idi. Heydər Əliyevin dərin mənəviyyatı islamı dəyərlərin qiymətləndirilməsində mühüm rol oynayıb".
İcra katibi həmçinin bildirib ki, Heydər Əliyevin gördüyü işlər xalqın ona olan inamı sayəsində olub: "Azərbaycan xalqı hər an Heydər Əliyevə inanıb, güvənib və onun uğurlu siyasətini dəstəkləyib. Dahi şəxsiyyət Azərbaycan Respublikasında insanların təsəvvürünə sığışmayan işlər görüb. O islam cəmiyyətinin xüsusiyyətlərini dərk edərək dövlət quruculuğunda tətbiq edib və ölkənin uğurlarına yol açıb".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB