Bu gün Qafqaz Müsəlmanları İdarəsində Ulu Öndər Heydər Əliyevin anım günü münasibət ilə tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Elmi Dini Şuranın üzvləri və qazılar iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə idarənin xaricdəki nümayəndəliklərində ulu öndərin anım mərasimləri keçirilib. Anım mərasimləri Gürcüstanın Tblisi və Batum şəhərlərində, Dağıstanın Dərbənd şəhərində və Türkiyədəki nümayəndəliklərində keçirilib. Həmçinin nümayəndəliklərdə ehsan məclisləri təşkil olunub.
Qeyd edək ki, bu gün saat 15:00-da Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Təzə Pir məscidində ehsan məclisi keçiriləcək.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB