Bakı Metropoliteni mükafatlandırılıb

Bakı Metropoliteni mükafatlandırılıb

Təl-Əvivdə "Golden Chariot" ("Qızıl arabacıq") beynəlxalq nəqliyyat mükafatı təşkilat komitəsi laureatlarla təqdimetmə mərasimi keçirilib. Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, təltifetmə mərasiminə dünyanın aparıcı nəqliyyat kollektivlərinin nümayəndələri iştirak edib. Azərbaycanı tədbirdə Bakı Metropolitenin rəisi Tağı Əhmədov təmsil edib. Təşkilat komitəsinin ekspertlər şurasının qəbul etdiyi qərara əsasən, Bakı Metropoliteni sərnişinlərə nümunəvi xidmətə, eyni zamanda, son illərdə təhlükəsizlik və xidməti səviyyənin artırılması ilə bağlı səmərəli layihələr həyata keçirdiyinə görə "İctimai sərnişin nəqliyyatı üzrə lider" ("Leader of Public Passenger Transport") mükafatına layiq görülüb.

Qeyd edə ki, ümumiyyətlə, mərasimdə 15 nominasiya üzrə mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə