Heydər Əliyevin mühafizə xidmətinin rəisi onun haqqında tam səmimiliklə danışdı
"Heydər Əliyev haqqında onun dünyasını dəyişdiyi gündə danışmaq mənim üçün olduqca çətindir". SİA-nın verdiyi məlumata görə, bu sözləri anspress.com saytına ümumimilli lider Heydər Əliyevin anım günündə onunla bağlı xatirələrini danışan, Heydər Əliyevin mühafizə xidmətinin rəisi, hazırda "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov bildirib.
A.İvanov dünən Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə Mokvanın "Ukrayna" mehmanxanasında təşkil olunan və Heydər Əliyevin anım gününə həsr olunmuş sərgidə iştirak edib. Sərgidən sonra o, bildirib ki, bu sərgidə rəsmlərə baxdıqca Heydər Əliyevi xatırlamamaq mümkün deyil: "Bu gözəl sərgidə Heydər Əliyevin hələ 1984-cü ildə SSRİ-nin Nazirlər Şurasının sədr müavini olduğu zamana aid şəkilləri gördüm. Bu şəkillərdən bəziləri o zamanın ən böyük tikintilərindən biri olan Baykal-Amur Magistralının tikintisi ilə bağlı idi. Mən burada bildim ki, Heydər Əliyevin bu şəkillərini onu çox istəyən bir fotoqraf kənardan, ona bildirmədən çəkib. Üstündən bir neçə il keçdikdən sonra, artıq onun yoxluğunda bu sərgidə nümayiş etdirir. Təbii ki, mənim üçün bu şəkillərə baxmaq olduqca ağır idi".
Onun sözlərinə görə, bu gün nəinki Heydər Əliyevi, hətta Zərifə xanım Əliyevanı xatırlamaq olduqca çətindir: "Onların mənə və Azərbaycan xalqına göstərdiyi qayğını, zəhməti heç cür unuda bilmirəm. Onun mənə göstərdiyi nəvazişi, dost qayğısını bu gün də xatırlayıram".
A.İvanov deyir ki, Heydər Əliyev haqqında saatlarla, günlərlə, bəlkə də aylarla danışmaq olar: "Onun həyatdan köçməsi mənə çox pis təsir etdi. Çünki mən öz yaxın dostumu, himayadarımı itirmişəm. Hələ də onunla olan görüşlərimi, onun söhbətlərini xatırlayıram. Azərbaycan xalqı həqiqətən də böyük şəxsiyyətini itirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB