Tənzilə Rüstəmxanlı: “Heydər Əliyev Azərbaycanı söz sahibinə çevirdi”

Tənzilə Rüstəmxanlı: “Heydər Əliyev Azərbaycanı söz sahibinə çevirdi”

"Heydər Əliyev böyük şəxsiyyət idi. Ulu Öndərin, dahi siyasətçinin Azərbaycan üçün gördüyü işlərlə bağlı Hollandiyada keçirdiyimiz görüşdə də fikirlərimizi bildirdik. Onun fikirləri, tövsiyələri mövzusunda müzakirələr apardıq. Heydər Əliyevin Avropada türk diaspor təşkilatları ilə də tez-tez görüşləri olub. Ulu öndər xaricdə yaşayan türklərə həmişə tövsiyə edib ki, bərabər hərəkət etmək lazımdır və bu millətimiz, dövlətimiz üçün çox önəmlidir". Bu fikirləri "Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı SİA-ya açıqlamasında deyib.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin verdiyi tövsiyələrdən, gördüyü işlərdən, uzaqgörənliyindən çox danışmaq olar: "Heydər Əliyev çox böyük şəxsiyyət idi. Əlbəttə, dövləti qurmaq çox önəmlidir. Amma bu dövləti qoruyub saxlamaq, onu möhkəmləndirmək, onu beynəlxalq aləmdə tanıtmaq çox çətin məsələdir. O ölkə daxilində separatizmin kökünün kəsdi. Məhz bütün bunları Heydər Əliyev etdi. Bundan başqa Heydər Əliyevin çox böyük xidmətləri var. Onun xidmətləri gözümüzün qabağında olub. Mən həmişə Heydər Əlyevin dövlətçilik siyasətinə, ağlına, zəkasına, millətimiz üçün gördüyü işlərə hər zaman böyük hörmətlə yanaşmışam".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə