Şabranda çadırda qalanlar

Şabran rayonun Ağalı kəndində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda çadırlarda yaşayır. SİA-nın Şimal bürosunun əməkdaşları onların şəraiti ilə maraqlanıb.

"Mən sözümü deyirəm, problem bir-iki günə həll olunmasa uşağımı da öldürəcəm, özümü də öldürəcəm". Şabranın Ağalıq kənd sakini Sevil Verdiyevanı bu addımı atmağa vadar edən edən səbəb çadır şəraitində yaşamağın dözülməzliyidir. Bir müddət öncə Ağalıq kəndində iki mərtəbəli yaşayış binasının qəzalı vəziyyətə düşməsi 11 ailəni evsiz qoyub. Bundan sonra FHN-nin Şimal Regional Mərkəzi tərəfindən həmin ailələrə çadırlar paylansa da, istiliklə bağlı heç bir tədbir görülməyib. Sakinlərin sözlərinə görə, çarəsiz qalıb, köhnə binanın taxtalarından odun kimi istifadə edirlər. Qarşıdan qışın gəlişi isə onları bir qədər də qorxudur. Hələ bu azmış kimi digər tərəfdən də çadırların yay mövsümü üçün nəzərdə tutulması yağış sularının sığıncaqlara dolmasına səbəb olur.

Yağış sularının çadırlara dolmasının qarşını almaq üçün sakinlər özlərinəməxsus vasitələrədən istifadə etmək məcburiyyətində qalıblar. Evləri qəzalı vəziyyətə düşən 11 ailə onları narahat edən problemlərlə bağlı dəfələrlə yerli qurumlara müraciət etdiklərini bildirirlər. Aldıqları cavab isə onları qane etməyib.

Sakinlərin sikayəti ilə bağlı biz də yerli qurumların mövqeyini öyrənməyə çalışdıq. Kəndin icra nümayəndəsi Vaqif Əsədovu tapa bilməsək də bələdiyyə sədri Natiq Musayevlə görüşə bildik. Özündən razı bələdiyyə sədri müsahibə verməkdən imtina edərək, daha maraqlı arqumentlə çıxış etdi.

Sakinlərin vəziyyətinə biganə olan icra nümayəndəsi və bələdiyyə sədrindən fərqli olaraq, Şabran İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar və sabahdan etibarən həmin ailələr odunla təmin olunacaq.

Emin Kərimov, Şabran

Bütün xəbərlər Facebook səhifəmizdə