VII Avropa və Asiya Media Forumu başa çatdı

VII Avropa və Asiya Media Forumu başa çatdı

Minskdə "RİA Novosti" agentliyinin təşəbbüsü ilə keçirilən 7-ci Avropa və Asiya Media Forumu (AAMF) başa çatıb. "RİA Novosti"yə istinadən verilən xəbərə görə, iki gün davam edən forumda MDB, Baltikyanı ölkələrindən və Gürcüstandan 200-dən artıq KİV rəhbəri, siyasətçilər və media ekspertləri "Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media" mövzusunda müzakirələr aparıblar.

Tədbirin sonunda "AAMF-in ən yaxşı media layihəsi - 2012" yaradıcılıq müsabiqəsinə yekun vurulub. Postsovet məkanından 7 çap, televiziya və internet layihəsinin təqdim olunduğu müsabiqənin qalibi "İzvestiya na Ukraine" qəzeti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə