Minsk şəhərində Rusiyanın RİA-Novosti informasiya agentliyinin təşkilatçılığı ilə Avropa və Asiya medialarının 7-ci forumu ikinci iş gününü davam etditib. SİA-nın öz işinə başlayıb. SİA-nın RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, postsovet məkanında inteqrasiya proseslərinin müzakirə olunduğu forumun işində MDB dövlətlərindən və Baltikyanı ölkələrdən 200-dən artıq nümayəndə iştirak edir.
Forumun bu gün keçirilən iclasında inteqrasiya məsələlərinin müzakirəsi davam etdirilib. Ukraynalı sosioloq Yevgeni Kopatkonun fikrincə, belə davam etsə postsovet məkanında əməkdaşlıq perspektivləri sual altına düşə bilər. Onun sözlərinə görə, bunun üçün əsaslar da var. Belə ki, Ukraynada Yuşşenko dövründə əgər Rusiya ilə bir ittifaqda olmaq istəyən ukraynalıların sayı 35 faiz idisə, bu gün Yanukoviçin prezidentlik etdiyi Ukrayna vətəndaşlarının cəmi 21 faizi ittifaq tərəfdarı kimi çıxış edirlər.
Erməni təmsilçi isə Cənubi Qafqazda əvvəllər dominantlıq edən rus dilinin əvəzinə bu gün ingilis dili hökmranlıq edir. Gənclərin əksəriyyəti xarici dil kimi ingilis dilini seçir: "Yaxın 20 ildə keçmiş SSRİ-nin siyasi elitasında ümumi danışıq dili kimi rus dili deyil, ingilis dili olacaq.
Moskva Dövlət Universitetinin Postsovet məkanında gedən prosesləri Araşdırma Mərkəzinin rəhbəri Aleksey Vlasov çıxış edərək bildirib ki, Rusiya humanitar inteqrasiya mərkəzi kimi Qərbi Avropa və Çin kimi mərkəzlərlə rəqabətə girməyə məcburdur: "Gələcək 15 ildə siyasi elitanın hansı dildə danışacağı sözün əsl mənasında böyük sualdır. Ola bilsin ki, ingilis və yaxud çin dilində olsun. Bunu demək şətindir. Amma çox güman ki, rus dili olmayacaq".
Vlasov qeyd edib ki, hər il keçirilən media forumu postsovet məkanında bizim üçün inteqrasiya mərkəzi ola bilər: "Təklif edirəm ki, bunun üçün xüsusi institut yaradılsın və forumda iştirak edən bütün ölkələrin təmsilçiləri orada iştirak etsin".
Tədbirdə çıxış edən Siyasi əlaqələndirmə Mərkəzinin rəhbəri Sergey Mixeev bildirib ki, yeni media farmatları mədəni-tarixi kökləri dağıdır: "Tok-şoular qalmaqallar məkanına çevrilib. Belə verilişlər əsasən qışqıran, söyən, saçını yolan insanların məskunlaşdığı binalardakı komunnal mətbəxtlərini xatırladır. Tanınmış insanları ora suallara cavab verməsi üçün dəvət etmirlər, onları qalmaqala tamaşa etməyə gətirirlər. İnternet resursları da insanlara yaxşı, xeyirli heç nə vəd etmir".
Qeyd edək ki, Media Forumunun əsas mövzusu Avrasiya məkanında inteqrasiya prosesləri və medianın burada iştirakçı kimi çıxış etməsinə həsr olunub. Azərbaycanı forumda 10 nəfərlik heyət təmsil edir. Nümayəndə heyətinin tərkibində "Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyevlə yanaşı Azərbaycanın ən aparıcı media orqanlarının rəhbərləri təmsil olunur.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB