Dövlət Baytarlıq Xidməti ölkədə fəaliyyət göstərən baytar apteklərə xəbərdarlıq edib
Apteklərə xəbərdarlıq edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə fəaliyyət göstərən baytar apteklərə xəbərdarlıq edib. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında DBX-nin böyük məsləhətçisi Mustafa Allahverənov deyib. O bildirib ki, müddəti keçmiş ölkəyə qeyri-qanuni yolla gətirilən, qeydiyyatdan keçməyən dərman-preparatları aşkar edilərsə onlara qarşı ciddi tədbirlər görüləcək. M.Allahverənovun sözlərinə görə, hər hansı bir hal aşkarlanarsa sözügedən baytar apteklərin lisenziyası dayandırılacaq. DBX baytar apteklərdə sözü gedən dərman preparatlarının satışının təşkil edilməsini məsləhət görmür.

DBX-nin böyük məsləhətçisi həmçinin qeyd edib ki, xidmət tərəfindən bu il ərzində 400-500 kq həcmində 115 adda dərman preparatları satışdan çıxarılaraq zərərsizləşdirilib.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə