Nazir: "Avropa Olimpia Oyunları Azərbaycana böyük nüfuz gətirəcək"

Nazir: "Avropa Olimpia Oyunları Azərbaycana böyük nüfuz gətirəcək"

Azad Rəhimov: "Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir əldə edəcək"

Gənclər və idman naziri Azad Rəhimov Milli Olimpia Komitəsində Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpia Oyunları ilə bağlı mətbuat konfransı keçirib.

SİA-nın verdiyi məlumata görə, Azad Rəhimov Avropa Olimpia Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə çox böyük nüfuzun gətirəcəyini bildirib. Qeyd edib ki, bu qərar Romada baş tutan Avropa Olimpia Komitəsinin konqresində qəbul olunub.

Nazir deyib ki, Azərbaycan bu məslələyə ciddi həssaslıqla yanaşıb, sifariş kitabı hazırlayaraq təqdim edib. Onun tərkibinə idman qurğuları, olimpia şəhərciyi, otellər, akredasiya məsələləri və digər planlar daxil edilib. 38 ölkə lehinə, 8 əleyhinə, 2 bitərəf olmaqla Avropa Olpimpia Oyunlarının Bakıda keçirilməsi qərarı qəbul olunub.

Konfransda Azərbaycanın Avropa Olimpiya Oyunlarından ümumilikdə götürəcəyi gəlirin miqdarı da açıqlanıb. Gənclər və idman naziri Azad Rəhimov: "Təxmini hesablamalara görə, Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir əldə edəcək", - deyib.

Nazir qeyd edib ki, oyunların yayım hüquqları Azərbaycana məxsusdur. Azərbaycan bu hüquqlarını Avropa Yayım Şurasına satacaq: "Hesab edirəm ki, bu məbləğ 40-50 milyon avrodan az olmayacaq. Bundan başqa, sponsorlardan, bilet satışından gələn gəlirlər də Azərbaycana veriləcək".

Elgün VİDADİOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə