YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib FOTOLAR

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın verdiyi xəbərə görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, PA rəhbərinin müavini Novruz Məmmədov və digər patiya üzvləri ulu öndərin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.

Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə