Prezident AİB-in Departament direktorunu qəbul edib

Prezident AİB-in Departament direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauseri qəbul edib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə