Qubaya ilk qar yağıb

Qubanın dağlıq ərazilərinə ilk qar yağıb. Bölgədə qışın sərt keçməsinə baxmayaraq qar sakinlərdə xoş təəssürat yaradıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Qubanın özündə qar yağmasa da dağlarda artıq ilk qar yağıb.

Şimaldan daxil olan soyuq hava kütlələri nəticəsində Şimal bölgəsinin ən yüksək ərazilərinə artıq qar görünməkdədir. Cek kəndinin sakinləri builki qardan heç də narazı görünmürlər. Axşam saatlarından yağan qar kəndin bütün ərazilərini ağ örpəyə bürüyüb. Sakinlər bildirirlər ki, yağan qar kənd sakinlərinə ziyan vurmayıb. Əksinə kənd sakinlərə xeyir bərəkət bəxş edib. Keçən ilkinə nisbətən bu ilki qar gec yağıb.

Bul il qarın gec yağması rayonda xeyli işlərin getməsinə səbəb olub. Dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə isə artıq qar var.

Qarın yağması məktəbliləri də sevindirib. Cek kəndinin uşaqları qarın yağmasına görə seviniblər. Kəndin uşaqları qartopu oynamaqla ilk qarın dadını çıxarırlar.

Qar yağandan Sonra Quba-Xınalıq yolunun 57 km-lik hissəsi aidiyyəti 6 saylı Yol İstismarı İdarəsi tərəfindən təmizlənib. Ancaq yoxuşlu yollar hətta 4x4 markalı avtomobillər üçün də çətinləşib. Hələ ki, yollar açıqdır. Kənd sakinləri isə qarın yağmasında heç bir çətinliklər görmür.

Şimal bölgəsində ən çox qar Qubanın Xınalıq və Ləzə kəndlərinə düşüb. Qar Xınalıq, Bostankeş, Qrız, Əlik, Haput, Cek, Rük, Buduq, Zeyid, Söhüb, Adur, Qarxun və Xaltan zonasına düşüb. Temperatur isə mənfi 6 dərəcəyə enib.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə