Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin vəfat etməsinin 9-cu il dönümü ilə əlaqədar olaraq anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir ilk öncə Ulu Öndərin Heydər Əliyev Mərkəzdə olan büstünün önünə tər gül-çiçək dəstələri düzməklə başlandı.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov, Şəmkir Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev və rayonun orta məktəb şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbiri ilk öncə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi, zəmanəmizin fenomenal qabiliyyətə malik bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lidermizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub.
F.Vəliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin adı bu gün, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib. Xalqımız Heydər Əliyev kimi Ümummilli lideri ilə fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olub ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsildən-nəsillərə keçərək yaşayacaq. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dövrlərdə Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini ən çətin sınaqlardan məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq.
Tədbirdə çıxış edən Şəmkir rayon Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev isə çıxışında bildirib ki, bu dahi şəxsiyyət müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görüb. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyildir. Bu böyük və bənzərsiz şəxsiyyət millətini bütün bəlalardan hifz edib qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib.
Tədbirin sonunda rayonun orta məktəb şagirdləri bədii-kompazisiya ilə çıxış etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB