Millət vəkili ilin millət vəkili mükafatına layiq görülüb

Millət vəkili ilin millət vəkili mükafatına layiq görülüb

Bu mükafat Musa Qasımlıya Türk Dünyasına Xidmətlərindən dolayı Avropa Qəzetəcilər Dərnəyi tərəfindən verilib

Şimali Kirp Türk Cümhuriyyətinin Girnə şəhərində keçirilən təqdimat mərasimində mükafat millət vəkili, tarix elmləri doktoru Musa Qasımlıya təqdim olunub. SİA-nın verdiyi məlumata görə, millət vəkili Musa Qasımlının siyasətçi, millət vəkili kimi önəmli xidmətləri ilə yanaşı onun tarixi araşdırmaları, əsər və kitablarının böyük əhəmiyyəti xüsusi qeyd olunub.

Mərasimdə çıxışı zamanı millət vəkili Musa Qasımlı bu mükafatı tariximizin araşdırılmasında böyük əməyi olan tarixçilər adından aldığını deyib və həqiqi tarixi araşdırmaların daha da artmasının vacibliyindən danışıb. O, gənc nəsillərə həqiqi tariximizin daha geniş öyrədilməsinin vacibliyinə də xüsusi toxunaraq qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi kimi milli məsələlərdə elm adamlarının üzərinə düşən vəzifələrdən söz açmaqla bərabər dünyanın hər yerində yaşayan insanlarımızın bu istiqamətdə birgə səylərinin artmasının vacibliyinə də toxunub. Onu bu mükafata layiq gördükləri üçün Avropa Qəzetəçilər Dərnəyinə təşəkkür edən millət vəkili Musa Qasımlı Türk dünyasının bu günü və gələcəyi ilə bağlı fikir və düşüncələrini də tədbir iştirakçıları ilə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə