Ölkəmizdə idmanın inkişafına dövlət qayğısınının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq "İRƏLİ" İctimai Birliyi bu istiqamətdə gənclərin inkişafına və onların asudə vaxtlarının səmərəli keçirilməsinə yönələn layihələr həyata keçirir. Qurumdan SİA-ya verilən məlumata görə, 8 dekabr tarixində "İRƏLİ" Gənclik Mərkəzində "İRƏLİ" İdman Mərkəzi və "Gənc Fənərbahçəlilər (Azərbaycan) Birliyi arasında 2 tərəfli əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən "İRƏLİ" İdman Mərkəzinin üzvləri üçün Fənərbahça futbol klubunun Şükrü Saracoğlu stadionunda keçirilən ev oyunlarında iştirak edə biləcəklər.
Müqavilə "İRƏLİ" İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev və "Gənc Fənərbahçəlilər (Azərbaycan) Birliyinin rəhbəri Kamal Əliyev tərəfindən imzalanıb.
Qeyd edək ki, "İRƏLİ" İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gənclərin bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB