Belarusun paytaxtı Minsk şəhərində Avropa və Asiya media Forumu öz işinə başlayıb.
Bu gün Belarusun paytaxtı Minsk şəhərində "Postsovet məkanında inteqrasiya prosesləri və müasir mediya" adlı forum öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, Forumda MDB ölkələrinin, həmçinin, Baltikyanı ölkələrin və Gürcüstanın aparıcı KİV-nin 200-dən çox nümayənsəaii iştirak edir.
12 dekabr tarixinədək davam edəcək tədbirdə mediya təmsilçiləri bir sıra məsələləri müzakirə edəcəklər. Bunların sırasında Avrasiya inteqrasiyasi, inteqrasiya proyektlerinin prespektivləri, KİV və ictimaiyyətin birgə fəaliyyəti və postsovet məkanında müasir mediyanın strukturu və fəaliyyət prinsipləri kimi məsələlər prioritet əhəmiyyətə sahibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB