Gəncənin ali təhsil ocağı ilə İğdır Universiteti önəmli protokola imza atıblar.
Türkiyənin İğdır Universitetinin rektoru İbrahim Yılmaz Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbə kollektivi ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, görüşdə hər iki universitet arasında Akademik araşdırma və işbirliyi protokolu imzalanıb. Protokolda elmi araşdırmaların aparılması, təlimlərin keçirilməsi və s. yer alıb. Eyni zamanda İğdır Universitetinin 2008-ci ildən fəaliyyət göstərdiyi və 6 fakültənin müəllimlərinin tələbələrə elm verdiyi bildirilib.
O da qeyd olunub ki, Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın bir çox ölkələrinin universitetləri ilə əməkdaşlıq edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB