Barrozo Aİ rəhbərliyindəki narazılığı Dağlıq Qarabağ tənzimlənməsinə daxil etdi
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq
Avropa Komissiyasının başçısı Joze Manuel Barrozo Serj Sarkisyanın dəvəti ilə Yerevanda səfərdə oldu. Formal səbəb kimi Avropa Xalq Partiyasının tədbirində iştirak göstərilsə də, əsl məqsəd Ermənistandakı qarşıdakı prezident seçkilərində S.Sarkisyana dəstək vermək idi. J.M.Barrozo belə bir dəstək nümayiş etdirdi.
S.Sarkisyanın prezidentliyi orjinallığı ilə seçilir, çünki ən azı Ermənistanın və dünya erməniliyinin tənəzzülünün sürətlənməsi S.Sarkisyanın dövründə başladı. Torpağımızı işğal edən dövlətin belə istiqamətdə irəliləməsində maraqlıyıq. J.M.Barrozonun Ermənistandakı davranışında iki məqam xüsusi diqqət çəkdi. Əvvəla, J.M.Barrozo Ermənistanın raket hədələrinə münasibət bildirmədi. Hamıya bəllidir ki, Ermənistan müdafiə Nazirliyinin rəsmisi, general-mayor A.Davtyan Ermənistanın Moldovadan aldığı raketlərlə Azərbaycandan Avropaya neft-qaz daşıyan kəmərləri, eləcə də Xəzər dənizindəki neft infrastrukturlarını dağıtmaq gücündə olduğunu bildirdi və bunun üçün xüsusi təlimlər keçirildiyini bəyan etdi. Rəsmi Yerevanın Avropanın enerji təhlükəsizliyi üçün belə aşkar təhdidinə Avrokomissiyanın rəhbərinin susması çox təhlükəlidir. Belə nəticəyə gəlmək olar ki, Xəzər-Cənubi Qafqaz regionunda Avropanın sabitlikdən və enerjidən daha çox üstün verdiyi dəyər var və bu dəyər xristian Ermənistanla bağlıdır.
Digər diqqətçəkən məqam J.M.Barrozonun Dağlıq Qarabağ tənzimlənməsində kəsərli mövqe nümayiş etdirməməsi oldu. Bu iki amildən isə mahir yalançı, şuler və xristian makleri S.Sarkisyan məharətlə istifadə etdi. Ermənistan rəhbərliyi Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi F.Leffortu qəbul etməkdən imtina etdi. Azərbaycan sonra Ermənistana səfər edən F.Leffortun əsas məqsədi Dağlıq Qarabağ tənzimlənməsində Aİ-nin yeni layihəsini müzakirə etmək idi. Həmin layihədə o cümlədən Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının təması da nəzərdə tutulmuşdur. Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlılarının görüşünü S.Sarkisyan qadağan etmişdir. Ona görə də F.Leffortun belə fikirlər söyləməsi indi onun xoşuna gəlmir. Ona görə də F.Leffortu qəbul etmədi. Guya J.M.Barrozo ilə bu məsələləri müzakirə edib.
J.M.Barrozonun belə vəziyyətdən xəbəri olmalı idi. J.M.Barrozo Yerevanda olarkən F.Leffort da Yerevanda idi.
Aİ idarəçiliyində prezidentliklə Avrokomissarlıq arasında narazılıq barədə məlumatlar ekspertlərə bəllidir. Aİ-nin Cənubi Qafqazdakı münaqişələr üzrə nümayəndəsi F.Leffort Avrokomissiyanın başçısı J.M.Barrozoya deyil, Aİ prezidenti V.Rompeyə, eləcə də birbaşa Aİ xarici işlər naziri K.Eştona tabedir. J.M.Barrozo özünə tabe olmadığı üçün F.Leffortun Ermənistan rəhbərliyi tərəfindən aşağılanmasına şərait yaratdı. Bu artıq Dağlıq Qarabağ münaqişəsi kontekstindən kənara çıxan məsələdir. Hər halda J.M.Barrozo Avropa İttifaqından kənarda V.Rompey və K.Eşton ilə aralarındakı narazılığa rəvac verirsə, bu, Aİ-nin digər məsələlərdə də ciddiliyini şübhə altına alır. Bəlkə də Aİ bu cür idarəçiliyə malik olduğu üçün tez-tez böhrana düşür və böhrandan xilas ola bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB