Sabah hava necə olacaq?

Sabah hava yağmurlu olacaq. SİA-xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə