"Avropa Məhkəməsi bu ilin statistikasını yanvarın ortalarında açıqlayacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.
O bildirib ki, bu səbəbdən də Azərbaycan hələ bu il olan şikayətlərin sayı barədə məlumatlı deyil: "Amma bu il Azərbaycandan edilən 15 şikayətlə bağlı bizə məlumat göndərilib. Bunlarla bağlı icraat başlanıb".
Çingiz Əsgərov qeyd edib ki, ötən il Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi 9 qərar insan hüquqlarının pozulması ilə bağlı olub. Rəsmi verilən qəraqların icrasının iki istiqamətdə, həm ümumi xarakterli, həm də fərdi tədbir yolu ilə həyata keçirildiyini deyib: "Bu günə kimi bizdə fərdi tədbirlərin icrası ilə bağlı heç bir problem olmayıb. Dövlət kompensasiyaları vaxtında ödəyib, həm də müvafiq işlər məhkəmələrə, yaxud da prokurorluq orqanlarına göndərilib. Onlar da pozulmuş hüquqların bərpası üçün fərdi tədbirlər görürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB