SAM-ın eksperti Finlandiyanın Helsinki şəhərində mübadilə proqramında iştirak edir
Ekspert mübadilə proqramında

4-16 dekabr tarixlərində Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva Helsinki Universitetinin Aleksanteri İnstitutu tərəfindən qonaq elmi işçi qismində mübadilə proqramında iştirak edir. SAM-dan SİA-ya verilən məlumata görə, proqram Finlandiyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Geniş Avropa Təhlükəsizlik Təşəbbüsünün bir hissəsi olan "Cənubi Qafqaz sərhədlər xaricində: münaqişələr, əməkdaşlıq və inkişaf" layihəsi çərçivəsində həyata keçirilir.

Proqramda həmçinin Kembric Universitetin doktorantı, ADA-ın elmi işçisi Murad İsmayılov da iştirak edir.

Səfər çərçivəsində 11 dekabr tarixində Gülmira Rzayeva və Murad İsmayılov Yohansu Universitetində, 12 dekabr Tampere Universitetində və 13 dekabr tarixində isə Aleksanteri İnstitutunda məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, tədbirdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə