Dövlət Filarmoniyasında Ulu Öndərin anım günü

Dövlət Filarmoniyasında Ulu Öndərin anım günü

Bu gün Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildünümü ilə əlaqədar təntənəli anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbər görə, tədbirdə Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən Səbail RİH başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixində rolu barədə məlumat verib. Onun sözlərinə görə, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.

"Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanmış öndər kimi qalıb"-deyən icra başçısı Prezident İlham Əliyevin bu gün onun siyasətini uğurla davam etdirdiyini bildirib: "Tam qətiyyətlə deyə bilərəm ki, ulu öndər Heydər Əliyevin "şah əsəri" olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq".

Sonra tədbir bədii proqramla davam edib, dahi öndərin xatirəsinə həsr olunmuş şeir və mahnılar ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə