378 məhkum azadlığa buraxılıb

378 məhkum azadlığa buraxılıb

Bu gün "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətə başlamasının 10 illiyinə və 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub. Tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Ombudsman Elmira Süleymanova, müxtəlif nazirliklərin nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Çingiz Əsgərov bildirib ki, bu gün müasir dünyada inamla irəliləyən və inkişaf edən Azərbaycanda insanların rifah səviyyəsinin yüksəldilməsi, onların hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görülür. Onun sözlərinə görə, Azərbaycanda qanunvericilik sahəsinin inkişafı ilə yanaşı, geniş maarifləndirmə işləri də görülüb.

Ombudsman Elmira Süleymanova da Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində real şəraitin yarandığını deyib. O bildirib ki, bu sahədə müəyyən işlərin görülməsində Ombudsman Aparatının da mühüm rolu olub. Belə ki, qurumun 10 illik fəaliyyəti dövründə 9 amnistiya,, 53 əfv fərmanı imzalanıb. Bunun nəticəsində isə 378 məhkum azadlığa buraxılıb.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə