Havanın temperaturu 0 dərəcəyə qədər azalacaq
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir. Temperatur gecə 5-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı - 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir. Temperaturun gecə 1-6° isti, gündüz 7-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 5-7°, gündüz 9-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB