İlk Avropa Oyunları Bakıda keçiriləcək

İlk Avropa Oyunları Bakıda keçiriləcək

Yarışlar 2015-ci ilə baş tutacaq

Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bununla əlaqədar qərar dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-cı iclasında qəbul olunub.

İclasda mötəbər yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38 ölkənin olimpiya komitəsinin nümayəndəsi, əleyhinə isə 8-i səs vermiş, iki nəfər bitərəf olub.

Yarışlarda 15 idman növü üzrə qaliblər müəyyənləşəcək ki, bunun 12-si olimpiya idman növüdü

Bütün xəbərlər Facebook səhifəmizdə