Bu gün "21 Azər Hərəkatı"nın 67-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Parodiya ustası Həsən Cəbrayılov, Azərbaycan Demokrat Firqəsinin sədri Əmir Əli Lahrudi, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Əkrəm Rəhimli, keçmiş fədailərdən Adilə Çernikbolənd və digər qonaqlar tədbirdə iştirak ediblər.
"21 Azər hərəkatı 20 – ci əsrdə baş verən inqlablardan onunla fərqlənirdi ki, o təkcə siyasi hərəkat deyil, eyni zamanda ictimai hərəkat idi. 21 Azər hərəkatının digər əlamətdar xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ikinci dünya müharibəsindən sonra şərq dünyasında ilk dəfə olaraq millətlərin öz müqəddaratını təyin etməsi prinsipini həyata keçirdi", - deyən Əli Lahrudinin sözlərinə görə, hərəkat nəticəsində 100 illərlə qadağan edilmiş Azərbaycan dili rəsmi dövlət dili oldu: "O tarixdən 67- il keçsə də 21 Azər ideyası nəsildən-nəsilə keçərək Azərbaycan xalqının yaddaşında yaşayır. Bu günkü İranın siyasi hakimiyyəti ökəni müasir tələbata uyğun idarə etmək istəmir. Ölkə orta əsr qanunları ilə idarə olunur. Azad düşüncəli şəxslər təzyiqə məruz qalır. Siyasi və ictimai təşkilatlar fəaliyyət hüququndan məhrum edilir. Xalqın istək və arzularının həyata keçirilməsinə qarşı siyasət yeridilir. Lakin azadlıq uğrunda mübarizə aparan insanlar birləşir. Irtecaya qarşı mabarizə aparır və bu mübarizənin müxtəlif formalarından istifadə edirlər".
Tədbirdə çıxış edən H.Cəbrayılov, A.Çernikbolənd, Əkrəm Rəhimli və digər iştirakçılar "21 Azər Hərəkatı"nın Günüy Azərbaycanda bu gün də davam edəcəklərinə inandıqlarını deyiblər.
Qeyd edək ki, Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan "21 Azər hərəkatı" 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnib. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti "21 Azər Hərəkatı" adı ilə tanınmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB