Ölkənin şimalında daha bir sərhəd zastavasının açılışı olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yeni zastava Qusarın Rusiya Azərbaycan sərhəddində yerləşən Həzrə kəndinin üst hissəsində tikilərək sərhədçilərin istifadəsinə verilib.
Açılış mərasiminə qatılan Xudat sərhəd dəstəsinin rəisi Rövşən Səfərov şəxsi heyyətə DSX-nın rəsinin təbrikini çatdırıb. Sonra zastava binasına baxış keçirilib. Bildirilib ki, burada dağ ərazisində xidmət edən sərhədçilər üçün yataqxana, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar tikilib. Yeni sərhəd müəssəsi 1 il müddətinə inşa edilib.
Zastava inşa edilərkən sərhədçilərin yaxın köməkçiləri olan xidməti heyvanların saxlanılması üçün volyerlərin tikilməsidə unudulmayıb. Sonda Xudat mədəniyyət evinin musiqiçiləri sərhədçilərə musiqi sovqatı bəxş etdilər. Həm rəqs edənlər, həm də həvəslənib mahnı oxuyanlar arasında sərhədçilər vardı.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB