“Azərbaycan tarixi aylığı”

Bu gün 160 saylı Klassik gimnaziyanın rus dili təmailli sektoru "Azərbaycan tarixi aylığı" layihəsi çərçivəsində tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə məktəbin direktoru Faina Ələkbərova, müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Azərbaycanın tarixi şəxsiyyətləri, milyoner xeyriyyəçiləri, neft sektorunun yaranması və inkişafı barəsində məlumat verilib, elektron lövhələrdə hazırlanmış video-çarxlar, səhnəciklər və milli rəqs nömrələri nümayiş olunub.

Klassik gimnaziyanın tarix müəlliməsi Leyla Axundova bildirib ki, artıq bir neçə gündür gimnaziya "Azərbaycan tarixi aylığı" layihəsi çərçivəsində silsilə tədbirlər keçirib: "Bu gün də həmin tədbirlərin davamı olaraq təşkil olunan bu tədbirdə Azərbaycan tarixinin incəliklərini nümayiş etdirilir. Burada ölkəmizin tarixinin hər bir dövrünü əhatə edən mövzular barəsində geniş məruzələr dinlənilir".

Tədbirdə Azərbvaycan tarixinin daha da mükəmməl öyrənilməsilə bağlı mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə