Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərində biri kimi tanınan böyük azərbaycanlı Heydər Əliyevin xatirəsinə ehtiram olaraq Qərb Universitetində hər il mütəmadi olaraq anım mərasimi keçirilir. SİA-nın məlumatına növbəti anım mərasimi də bu gün baş tutub.
Anım mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətindən, bütün sahələrdə əldə etdiyi möhtəşəm nailiyyətlərindən danışılıb. Anma mərasimində qonaq qismində millət vəkili Aydın Mirzəzadə, ADPU-nin elmi işlər üzrə prorektoru Vilayət Əliyev, Qərb Universitetinin professor- müəllim heyəti və "Biz Heydər Əliyev eli irsini öyrənirik" illik siyasi məktəbindən məzun olan tələbələr iştirak edib.
Qeyd edək ki, tədbir davam edir.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB