Erməni ordusu mövqelərimizi atəşə tutub

Erməni ordusu mövqelərimizi atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Ağdam rayonunun işğal edilmiş Şıxlar və Cəvahirli, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə