Balıqçılardan heç bir xəbər yoxdur

Balıqçılardan heç bir xəbər yoxdur

13 gün bundan qabaq batan balıqçılardan heç bir xəbər yoxdur. Ailələrinin isə gözü hələ də yolda qalıb. Noyabrın 24-ü səhər saatlarında dənizdə itkin düşənlərdən biri, 31 yaşlı Vüsal Əkbərovun meyidi sahilə çıxsa da, digər 3 nəfər Siyəzən sakinləri 21 yaşlı Əkbər Əkbərov, 30 yaşlı Rəsul Səlimov və Xaçmazın Müqtədir qəsəbə sakini 25 yaşlı Seymur İlyasovu tapmaq hələ də mümkün olmayıb. Xudatın Muxtadır kəndində yaşayan İlyasovlar ailəsi hələ də Seymurun yolunu gözləyirlər.

Gözü qapıda qalan ana ürək ağrısı ilə oğlunun gələcəyinə ümüdlüdür. O bircə oğluna göz tikib, 13 gündür onun gözləri yollardadır. Seymurun bibisi deyir ki, Seymur bacarıqlı oğlan idi, ancaq onun balığ işi ilə məşqul olması onları narahat edirdi. Ancaq noyabr ayının 24-də balığ ovuna çıxsa da onlardan xəbər-ətər olmadı.

Seymur İlyasovun həyat yoldaşı Səbinə İlyasova düz iki aydır ki, Seymurla ailə həyatı qurub. 6 il bir-birini sevən Seymurla Səbinə son iki ayda ailə həyatı qurmuşdu. Ancaq Seymurun balıq ovu ilə məşğul etməsi hər şeyi alt-üst etdi. Səbinə indi hamilədir. 13 gün bundan qabağa kimi çox xoşbəxt idi. Səbinə ayrılıq anını belə xatırlayır: "Səhər saatları idi, Seymur "sağol, Səbinə, mən gedirəm balığ ovuna, özündən muğayət ol və tezliklə qayıdacam" sözlərini deyib getdi. 13 gündür ki, həsrətlə Seymurun yolunu gözləyirəm".

Qeyd edək ki, İlyasovlar ailəsinin bircə oğlu var idi.

FHN-nin Xaçmazdakı Şimal Regional Mərkəzindən balıqçıların axtarışlarının davam etdirildiyini bildirdilər. Balıqçıların axtarışlarına dalğıclar da cəlb edilib. Təssüflər olsun ki, bir nəticə yoxdur.

Emin Kərimov, Xudat-Muxtadır

Bütün xəbərlər Facebook səhifəmizdə