Cümşüd Nuriyev: "Bunlar Azərbaycanı nə qədər çox ləkələsələr onlara bir o qədər çox qrant verilir"
"Azərbaycanda 100 manat olan rüşvəti 1 milyona qədər şişirdirlər. Amma Qərbdəki, ABŞ-dakı 1 milyardı gətirib 100 manat edirlər. Dünyada ən böyük və rəsmi korrupsiya ABŞ-dadır. Bəs bunu niyə yazmırlar!? Seçkilərdə prezidentə kim pul verirsə seçilən kimi o da onlara vəzifə verir. Məsələn, bu il Mitt Romni 2 milyard, Barak Obama isə 1 milyard pul yığımışdı. Nə olsun ki, onlarda lobbiçilik haqqında qanun var!?". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Transparency İnternational Təşkilatının 2012-ci il üçün Korrupsiyanı Qavrama İndeksinə münasibət bildirən politoloq qeyd edib ki, bu hesabat reallığı əks etdirmir: "Burda Azərbaycan 152 övlət içərisində guya 139-cu yerdədir. Yəni korrupusiyaya uğramış dövlət kimi ikinci onluğa düşür. Əvvəla, bunu Azərbaycanın daxilindən alınmış informasiya əsasında edirlər. Korrupsiyaya uğrama dərəcəsi statistik hesabatların əsasında olmaldır. Bizim burda özlərini savadlı sayan iqtisadçılarımız var, hansı ki, onların hər mıxda papaqları asılıb. Onlar çox vaxtı ölkə daxilində iqtidar olurlar, ancaq xaricə gedən kimi ölkəmizin əleyhinə danışırlar. Bu adamlar dərk etmirlər ki, gömrükdə 15 rejimdən cəmi biri, yəni sərbəst dövriyyə üçün buraxılmış rejimdə hər hansı bir çatışmazlıq varsa burda korrupsiyadan danışmaq olar. Tutaq ki, Türkiyədən bura 100 min dollarlıq mal gətirilbsə burda ilin axırında qeydiyyatda 70 min dollar olur. Həmin bu iqtisadçılar tələsik hesablayırlar ki, 30 min dolları Azərbaycan yeyib. Amma fikir vermirlər ki, Azərbaycana idxal olunana malların içərisində Türkiyədən, İrandan gələn nə qədər mal var. Transparency İnternational Təşkilatının burdakı nümayəndəsinin başı iqtisadiyyatdan çıxmayan bir xanımdır. Bunların da arxasında bir qrup adamlar durur ki, bu onların biznes sahəsidir. Bunlar Azərbaycanı nə qədər çox ləkələsələr onlara bir o qədər çox qrant verilir. Əks təqdirdə həmin xarici qüvvələr Azərbaycanda maraqlarını həyata keçirmək üçün məhz onların verdiyi məlumatlardan istifadə edirlər".
BP-nin fəaliyyətinə də toxunan politoloq deyib ki, BP özünü Azərbaycanın ağası kimi aparmaq istəyirdi. Azərbaycan da BP-yə cavab verəndə qarşımıza daha çox tənqidi materiallar dərc etməklə çıxırlar. Fikir verirsinizsə, BP ilə bağlı sentyabr ayında Cənab Prezidentin çıxışından sonra İngiltərənin qəzetlərinin işi-gücü yoxdur, Azərbaycanda olmayan şeyləri yazmaqla məşğuldurlar. Danışanda isə ağızlarından demokratiya sözü düşmür. Dünyada ən böyük və rəsmi korrupsiya ABŞ-dadır. Bəs bunu niyə yazmırlar!? Seçkilərdə Prezidentə kim pul verirsə o da seçilən kimi ona vəzifə verir. Məsələn, bu il Mitt Romni 2 milyard, Barak Obama isə pul yığmışdı. Nə olsun ki, onlarda lobbiçilik haqqında qanun var!? Bəs bu boyda korrupsiyaya nə ad verək!? Onlar Azərbaycanda 100 manat olan rüşvəti 1 milyona qədər şişirdə bilirlər. Amma ordakı 1 milyardı gətirib 100 manat edirlər. Həmin hesabatda Azərbaycanla bağlı olan məsələ inandırıcı deyil. Azərbaycanda dövlət səviyyəsində etiraf olunur ki, rüşvət var. Ancaq korrupsiya və rüşvət olmayan bir dövlət varmı? Ən demokratik sayılan Norveçin, İsveçin, Finlandiyanın özündə də var. Yalnız bir fərq var ki, Avropada rüşvəti çox açıb-ağartmırlar. Lakin bizdə bədbəxtçilik ondadır ki, 5 manat verən gəlib deyir ki, 50 manat verdim. Çünki alanın da səviyyəsi yoxdur, verənin də. Ona görə də bizdə 1 manat 10 manat siyahısında gedir. Hesab edirəm ki, Azərbaycan o siyahıda 139-cu yox, ən azı 50-ci yerdə ola bilər. Son olaraq onu deyim ki, bu Azərbaycana qarşı yönələn siyasətdən başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB