Təhmasib Novruzov: "Əgər mənim 50 yox, 10 minim olsaydı gedib min bir problemimi həll edərdim, daha dərisi 5 qəpiyə dəyməyən Əlini öldürtməzdim"
Müxalifət mətbuatında 7 saylı cəzaçıəkmə müəssisəsində cəza çəkən Bəhlul Ağayev adlı şəxsin məktubu dərc olunub. Həmin yazıda əsas hədəf Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov götürülüb. Məktubda diqqət çəkən məqam budur ki, guya Təhmasib Novruzov AXCP sədri Əli Kərimlinin fiziki məhvi üçün adıçıkilən məhbusa sifariş verib.
SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün T.Novruzova telefon açıb. AHB sədri bildirib ki, bütün bunlar yalan, böhtan və cəfəngiyyatdır: "Əvvəla hazırda türmədə yatan B.Ağayev 14 nəfərə külli miqdarda ziyan vurduğuna, dələduzluq etdiyinə görə həbs edilib. Üstəlik mənə də 6 min manat borcludur. Borcunun çox olduğunu və buna görə uzunmüddətli yatmasının heç kimə xeyri olmayacağını nəzərə alıb ittiham ərizəmi geri götürmüşdüm. Fikirləşdim ki, həbsxanadan çıxandan sonra ondan pulumu alaram. Amma bu məktubu qəzetdən oxuyandan sonra Bəhlulun həyat yoldaşı Mənzər xanıma zəng etdim və ərinin bu fikirləri yazdığını dedim. O isə mənə cavabında bildirdi ki, Bəhlul bu dəqiqə həbsxananın poliklinikasında (sançast deyirlər) yatır. Vəziyəti ağırdır. Onun bu məktubu yazması mümkün deyil. O öz canı ilə əlləşir".
T.Novruzov "türmə məktubuna" diqqət çəkərək qeyd etdi ki, bütün bunlar Ə.Kərimlinin qurduğu oyunlardır: "Əslində "malış" (müsahibim onu belə adlandırdı) Ə.Elçibəyin zəhərlənməsi şübhələrini özündən yayındırmaq üçün bu hoqqaları törədir. Bilir ki, əvvəl-axır bütün cinayətlər açılacaq. O layiq olduğu cəzasını alacaq. Ona görə də bütün resurslarını işə salıb. Bir də ki, Əli Kərimli iddia edir ki, guya mən onu fiziki cəhətdən məhv etmək üçün Bəhlula 50 min manat pul təklif etmişəm. Birincisi, bu, boş cəfəngiyyatdır, əgər mənim 50 yox, 10 minim olsaydı gedib min bir problemimi həll edərdim. Daha dərisi 5 qəpiyə dəyməyən Əlini öldürtməzdim. Digər tərəfdən Əli Kərimli 50 min rəqəmi deməklə özünü qiymətə mindirmək, özünü baha satmaq istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB