Sloveniya yeni prezidentini seçdi

Azərbaycan Prezidenti İlham Əliyev Borut Pahora təbrik teleqramı ünvanlayıb
Sloveniya yeni prezidentini seçdi

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti Borut Pahora təbrik teleqramı ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Pahor,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Keçən il Sloveniyaya etdiyim rəsmi səfər zamanı Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə