“Azərbaycan və Avropa: problemlər və perspektivlər”

“Azərbaycan və Avropa: problemlər və perspektivlər”

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirlinin dəstəyilə Bakı Slavyan Universitetində rektor Kamal Abdullayevin rəhbərliyilə hazırlanmış "Dünyada Azərbaycanşünaslığın təbliği konsepsiyası"çərçivəsində Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycan və Avropa: problemlər və perspektivlər" mövzusunda X Beynəlxalq Tələbə Elmi-Praktik Konfransı öz işinə başlayıb.

Konfransda Azərbaycan da daxil olmaqla 16 ölkədən 179 tələbə və magistrantın 7 bölmədə elmi məruzələrin dinlənilməsi nəzərdə tutulub. Azərbaycanı Bakı Slavyan Universiteti də daxil olmaqla 10 ali məktəbin 143 tələbə və magistrı, xarici iştirakçı ölkələri isə 39 tələbə və magistr təmsil edir.

Məlumat üçün bildirək ki, xarici qonaqlara Bakının zəngin tarixi abidələrilə tanış olması üçün geniş mədəni proqram da hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə