"Rəsmi Bakı hesab edir ki, danışıqlar prossesinin dalana dirənməsinin əsas məsuliyyəti Ermənistanın üzərinə düşür. Və ATƏT ölkələri öz iradlarını məhz Ermənistana ünvanlamalıdırlar. Çünki, "bu ölkə ATƏT-in nizamnaməsini pozaraq Azərbaycanın işğal altında olan ərazilərinə nəzarəti saxlamaq üçün güc tətbiq edir". Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in XİN şurasının 19-cu iclasında çıxışı zamanı deyib.
O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yenə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir. E.Məmmədyarovun sözlərinə görə, Ermənistan ATƏT-in nizamnaməsini pozaraq status-kvonu möhkəmlədir. ATƏT məkanında təhlükəsizlik və mövcud münaqişələrin həlli təhlükə altındadır.
"Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan mədəniyyətinə dair dağıdılmamış abidə qalmayıb. Ermənistanın Xocalı aeroportundan uçuşlara başlamaq cəhdindən narahatıq. Bu aeroportun açılışı regionda vəziyyəti daha da gərginləşdirəcək. Biz ATƏT-in Minsk qrupunun öz fəaliyyətini aktivləşdirməsini, həmsədrlərə dəstək verilməsini və bütün tərəfləri qane edən sülh sazişi üzərində işə başlamağı təklif edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB