"Bu təbəqədən olan insanlar üçün kvotalar var"

"Bu təbəqədən olan insanlar üçün kvotalar var"

"Tələbə məzunlarımız üçün də iş yerləri var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında dövlət məşğulluq xidmətinin rəis müavini Nazim Əliyev deyib.

Onun sözlərinə görə, tələbə məzunlar həm tətil zamanı mövsümü, həm də yarım ştat olaraq iş yerlərilə təmin olunurlar.

Bununla yanaşı rəsmi əlil insanların da iş yerlərinə cəlb olunması ilə əlaqədar məlumat verib. O bildirib ki, əlillərin məşğulluğu ilə bağlı kvotalar tətbiq olunur: "Yəni bu təbəqədən olan insanlar üçün iş yerlərində xüsusi kvotalar nəzərdə tutulub və onlar bu kvotalar daxilində iş yerlərilə təmin olunurlar. Fiziki qüsurlu şəxs işə qəbul olunduqdan sonra həmin müəssisədən onun fəaliyyəti ilə bağlı bizə məlumat verilir".

Bütün xəbərlər Facebook səhifəmizdə