Yenilənmiş saytda daha asan bilet sifariş verilə biləcək
www.railway.gov.az

Bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub. SİA-nın xəbərinə görə, müasir standartlara uyğun olaraq daha da təkmilləşdirilmiş sayt sərnişin və yük daşımalarında xidməti daha da asanlaşdıracaq.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov bildirdi ki, müasir dövrün tələblərinə uyğun olaraq sayt yenidən təkmilləşdirildi və ictimaiyyətə təqdim olunur. "Azərbaycan Respublikasının prezidentinin 2012-ci il 19 iyun tarixli fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 4 sentyabr 2012 -ci ildə " Dövlət orqanlarının internet informasiya ehtiyyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblər"in təsdiq edilməsi haqqında müvafiq qərar qəbul edilib. Bu tələblərin məqsədi dövlət orqanlarının internet informasiya ehtiyyatlarının proqram təminatının, dizayının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir. Bu tələblərin məqsədi dövlət orqanlarının internet informasiya ehtiyatlarının proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir. Bu tələblərə uyğun olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeniləşdirilmiş internet saytı (www.railway.gov.az) müasir standartlara uyğun olaraq daha da təkmilləşdirilib və bu gün ölkə ictimaiyyətinə təqdim olunur.

Daha sonra Məlumat-Hesablama Mərkəzinin komunikasiya və informasiya texnologiyaları şöbəsinin rəisi Əfqan Məmmədov KİV nümayəndələrinə sayt haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, sayt "Ana səhifə", "Haqqımızda", "Rəhbərlik", "Struktur", "Departamentlər", "Tariximiz" ,"Sərnişinlər üçün", "Yük daşıma tarifləri", "Media" ("Xəbərlər", "Foto-arxiv", "Video-qalereya"), "Hərəkət cədvəli", "Tariflər", "Hüquqi sənədlər", "Normativ sənədlər", "Dəmiryolçu-şəhidlər", "Həmkarlar ittifaqı", "Qan yaddaşımız", "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi", "Mətbuat orqanları" və digər linklərdən ibarətdir. Yeni saytda ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun saytlarına keçid var. 2011-ci il noyabrın 21-dən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimində satışına start verilib və 1 mart 2012-ci ildən Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq olunub. Saytın "Onlayn bilet satışı" bölməsinə daxil olmaqla vətəndaşlarımız internet vasitəsilə bilet almaq arzularını reallaşdıra bilərlər. "Video arxiv" bölməsində dəmir yolunun tarixini, inkişaf mərhələlərini özündə əks etdirən video-materiallar təqdim olunur.

Xatırladırıq ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin internet saytı (www.railway.gov.az) ilk dəfə 22 iyul 2010-cu ildə ictimaiyyətə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə