Bu ölkənin seysmik müdafiə milli agentliyinin rəhbəri Qraçyan Petrosyanın təbii fəlakatə hər il yaxınlaşdıqlarını bildirib
Hər il Ermənistanı güclü zəlzələyə daha da yaxınlaşdırır. Erməni mətbuatının verdiyi məlumata görə, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın seysmik müdafiə milli agentliyinin rəhbəri Qraçyan Petrosyan deyib. O, qeyd edib ki, Ermənistan seysmik fəal zonada yerləşir və zəlzələdən qaçmaq mümkün deyil.
Onun sözlərinə görə, bu şəraitdə yeganə yol təlafatların çox olmasından qaçmaq üçün əhalinin təhlükəsizliyi üçün addımlar atmaqdır. Petrosyan bununla belə yeni zəlzələnin tarixinin müəyyən edilməsinin mümkün olmadığını vurğulayıb. "Yeraltı təkanların proqnozlaşdırılması məsələsi hələ həll edilməyib. Ancaq dünyanın bir çox ölkəsində də, Ermənistanda da bu məsələnin həlli üçün işlər aparılır. Əgər bu mümkün olsa AES, qaz kəmərləri, kimya zavodları kimi strateji obyeklərin fəaliyyətini saxlamaq olar".
Petrosyan qeyd edib ki, xüsusilə İrəvandakı yaşayış binalarının möhkəmləndirilməsi üzərində iş aparılmalıdır. Burdakı binların 70-75 faizi SSRİ-də mövcud əsasnaməyə uyğun tikilib. Bu binalar 6-9 ballıq zəlzələyə hesablanıblar. Əksər hallarda isə 6 ballıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB