DSX qanunsuz dövriyyələrin qarşısını alıb

DSX qanunsuz dövriyyələrin qarşısını alıb

2012-ci ilin noyabr ayı ərzində Dövlət Səhəd Xidməi tərəfindən dövlət sərhddini pozduqları üçün 29 halda 47 nəfər saxlanılıb, onlardan 21 nəfəri Azərbacan Respublikası, 7 nəfəri Nigeriya, 7 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Özbəkistan, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana və 1 nəfəri İsrail vətəndaşı olublar. Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, müxtəlif cinayət əməllərini törətdiklərinə görə, barələrində hüquq-mühafizə orqanları tərəfindən axtarışı elan olunmuş 177 nəfər saxlanılıb və aidiyyəti orqanlara təhvil verilib. Sərhəd rejim qaydalarını pozarkən 7 halda 18 nəfər, sərhəd sularında rejim qaydalarını pozarkən 18 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq təbirlər görülüb.

Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyəsinə qarşı mübarizə tədbirləri nəticəsinə 11 halda 13 kiloqram 1,5 qram natkotik maddənin dövlət sərhəddindən keçirilməsinin qarşısı alınıb. O cümlədən, noyabr ayının 12-də Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərkəd zastavasının xidməti sahəsində Masallı rayon sakini Abışov Mircəfər Abış oğlu dövlət sərhəddindən qanunsuz olaraq külli miqdarda narkotik madə keçirərkən saxlanılıb, üzərinə baxış zamanı 2 ədəd torbada 1 kiloqram heroin, 1 kiloqram tiryək, 8 kioqram həşiş aşkarlanaraq götürülüb. Aparılmış istintaq-axarış tədbirləri nəticəsində M.Abışovun narkotik maddələri təhvil verəcəyi şəxs-Bakı şəhər sakini Dadaşov İlqar Xanhüseyn oğlu saxlanılıb.

Noyabr ayının 22-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhəddindən qanunsuz olaraq keçərkən saxlanılmış Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Ağayev Kənan Namiq oğlunun üzərinə baxış zamanı 1 ədəd bağlamada 0,5 kiloqram heroin aşkar olunub.

Noyabr ayının 29-da saat 00:20 radələrində Cəlilabad rayonun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucuları odlu silahdan atəş açmaqla silahlı müqavimət götərib, səhədçilər tərəfindən silah tətbiq olunub. Nəticədə 2 nəfər Cəlilabad rayon sakini – Əliyev Ramin Dövlət oğlu və Sərxanov Anar Eldar oğlunu saxlayıblar. Onlarda 1 ədəd 12 mm-lik qoşalüləli ov tüfəngi və 1071 qram heroin aşkar olub.

Gömrük əməkdaşları ilə birgə noyabr ayının 1-də "Biləsuvar" sərhəd nəzarəti məntəqəsinda Bakı şəhər sakini Aslan Məmmədoğlunun bədənin daxili orqanlarında 168 qram tiryək, noyabr ayının 5-də Lənkəran sakini Talıblı Nahid Babaəlioğlunun alt paltarında 123 qram heroin, noyabr ayıının 23-də "Astara" səhəd nəzarəti məntəqəsində İİR vətəndaşları Pərvizi Alborz və Heydari Fəxr Musanın idarə etdikləri "Skaniya" markalı İR-47453 nömrəli avtomaşında 8 ədəd bağlamada ümumi çəkisi 816 qram heroin aşkar olunub.

Qaçaqmalçılıq fəaliyyətinə qrşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 174 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd AK-74 markalı avtomat, 4 ədəd tüfəng, 140 ədəd tüfəng patronu, 11 ədəd tüfəng iynəsi, 4 ədəd pnevmatik tapança, 2 ədəd səsboğucu, 10 ədəd plastik nişangah, 7 ədəd metal nişangah, 39 ədəd zümrüd daş-qaş, 2382 ədəd qızıl və gümüş zinət əşyaları, 1 ədəd 470 qramlıq gümüş kəmər, 195 ədəd mobil telefon, 8 baş iribuynuzlu mal-qara, 1 baş at, müxtlif növ dərman preparatları, ərzaq, sənaye və kənd təsərüfatı malları saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə