Beyləqan RİH: KİV-də yazılanlar həqiqətə uyğun deyil

Beyləqan RİH: KİV-də yazılanlar həqiqətə uyğun deyil

Bəzi kütləvi informasiya vasitələrində Beyləqan rayonunun mərkəzində yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin söküldüyü barədə həqiqətə uyğun olmayan məqalə dərc olunub. SİA-nın əməkdaşı yazılanlara aydınlıq gətirmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb.

İcra hakimiyyətinin məsul işçisi bildirib ki, yazılanlar həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın sonlarında Beyləqana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binasının da açılışını etdi. Parkın abadlaşdırılması layihəsinə uyğun olaraq ətrafda əvvəllər olmuş və müasir arxitektura qaydalarına cavab verməyən binaların da söküntüsü aparılıb. Köhnə muzey binası da söküntüyə düşən tikililər sırasındadır. Həmin muzey binasının yerində də müasir üslubda üçmərtəbəli Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulub. Bir daha qeyd edirik ki, sökülən bina yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi yox, köhnə muzey binasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə