"Sabirabadda elektrik enerjisi ilə bağlı heç bir aksiya keçirilməyib"

"Sabirabadda elektrik enerjisi ilə bağlı heç bir aksiya keçirilməyib"

Bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonu Əliləmbəyli kənd sakinlərinin elektrik enerjisinin fasilələrlə verilməsi səbəbindən aksiya keçirdikləri barədə heç bir əsası olmayan məlumat yayılmışdır. SİA-nın Aran bürosunun əməkdaşı məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət edib.

Sabirabad RİH-nın mətbuat xidmətindən bildiriblər ki, rayon paylayıcı elektrik şəbəkəsi Əliləmbəyli kəndində istehlak edilən enerjinin dəyərinin ödənişi ilə bağlı yoxlamalar keçirib və ayrı-ayrı sakinlərə enerji verilişi dayandırılmadan köhnə borclarını ödəmək üçün möhlət verilib. Əlıləmbəyli kəndində elektrik enerjisi ilə bağlı heç bir aksiya keçirilməyib.

Rayonda əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı rayon İcra Hakimiyyəti və onun yerli strukturları tərəfindən daim nəzarətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə