“Yaşıl çay” ümummili liderin anım günü ilə əlaqədar tədbir keçirib

“Yaşıl çay” ümummili liderin anım günü ilə əlaqədar tədbir keçirib

Dekabrın 6-da Lənkəranda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan 10 günlük silsilə tədbirlər çərçivəsində rayonun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" fermer təsərrüfatında geniş yaşıllaşdırma tədbiri keçirilib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, təsərrüfatın rəhbəri Araz Yağubov başda olmaqla fermer təsərrüfatının, "Yaşıl çay" jurnalı kollektivinin qatıldığı aksiyada 500 ədəd küknar və 40 ədəd eldar şamı əkilib. Xüsusi diqqət və səliqə əkilən ağaclar gələcəkdə çay plantasiyaları üçün küləkdən qoruyucu zolağ rolunu oynayacaq. Əkində yaxından iştirak edən təsərrüfatın təcrübəli aqronomu Ağəli Quliyev ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar çay sahələrinin ətrafında yaşıllıq zolağının salınmasının xüsusi rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, vaxtilə Xanbulançay su qovşağı istifadəyə verilərkən ümumilli lider Heydər Əliyev İstisu qəsəbəsində olub. Xalqımızın dahi oğlu çayçılığın inkişafına, ölk ərazisində yaşıllıqların artırılmasına xüsusi diqqət yetirirdi. Bu günkü tədbirimiz də ulu öndərin əziz xatirəsinə kollektivimiz tərəfindən göstərilən hörmət və ehtiramın əlamətidir.

Qeyd edək ki, çayçılığın bərpasını qarşısına məqsəd qoyan təsərrüfatda hazırda çay əkini ilə yanaşı, plantasiyalarda becərmə işləri də davam etdirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə