Havanın temperaturu yenidən yüksəlir

Havanın temperaturu yenidən yüksəlir

Bakıda 14 dərəcəyədək isti gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gecə dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə