ABŞ səfirliyi viza qaydasını dəyişir

ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb
ABŞ səfirliyi viza qaydasını dəyişir

ABŞ-ın Azərbaycandakı səfirliyi dekabrın 27-dən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə prosedurlarını həyata keçirəcək. Bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər.

Hazırda ABŞ-ın Bakıdakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı səfirlikdə ödəyirlər. Cümə axşamı, 27 dekabrdan sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.

Cümə axşamı, 27 dekabr 2012-ci ildən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər və müsahibələr cümə axşamı, 3 yanvar 2013-cü ildən başlayacaq.

ABŞ səfirliyinin konsulluq şöbəsi dekabrın 27-si 2012-ci ildən 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə